Suriya “erməni soyqırımı”nı tanıdı

DÜNYA 13 fev 2020, 19:00

Suriya Parlamenti bu gün Osmanlı İmperiyasında ermənilərin soyqırımına məruz qalmasını tanıyan və qınayan qətnaməni yekdilliklə qəbul edib. 


Demokrat.az xəbər verir ki, ərəb respublikasının qanunverici orqanında Suriya-Ermənistan Parlamentlərarası Dostluq Komissiyasının təqdim etdiyi, 20-ci əsrdə Osmanlı İmperiyasının ermənilərin və başqa Suriya xalqılarının "soyqırımını” iddia edən qətnamə səsə qoyulub. 


Parlament tərəfindən qəbul edilən qətnamə Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədin imzalamsından sonra qüvvəyə minəcək.


Xatıladaq ki, 2019-cu ildə Suriya parlamentinin deputatı Nora Arisyanın təşəbbüsü ilə "Erməni Soyqırımı” mövzusu ölkənin məktəblərində tədris olunan tarix kitablarına daxil edilib. (qaynarinfo)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top