Rafael Dadaşov xərçəngdir? – AÇIQLAMA

SOSİAL 13 fevral 2020, 17:36

Xalq artisti Rəfael Dadaşovun xəstəliyi ilə bağlı xeberchi.az- da məlumat yayılmışdı.

 

Həmin məlumatda bildirilir ki, aktyor  xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 3 - cü dəfə kimyaterapiya alan xalq artistinin xərçəng bütün bədəninə yayılıb. Xalq artistinin qızı Səidə Dadaşova xəbəri təkzib etməsə də bu barədə danışmaq istəmədiyini bildirib.

 

Demokrat.az xəbər verir ki, müğənni Lalə Dadaşova Xalq artisti Rafael Dadaşovun xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə yayılan xəbərlərə münasibət bildirib.


L.Dadaşova "Ölkə.Az"-a açıqlamasında bildirib ki, R.Dadaşovun səhhətində problemlər var, amma xərçəngdən əziyyət çəkmir:

 

"Bilmirəm, bu xəbərləri kim yayır? Belə xəbərləri yazmaq nəyə lazımdır? Sonra özü bu xəbərləri oxusa, onun durumunu təssəvvür edirsinizmi? Dünyada milyon insan kimpyaterapiya qəbul edir. Allah Rafaeli millətimizə və bizə çox görməsin".


Qeyd edək ki, xeberchi.az saytı R.Dadaşovun xərçəngdən əziyyət çəkməsi barədə xəbər yayıb.

 

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top