Ankara Respublika Baş Prokurorluğu sosial media platformalarında Türkiyə Prezidentinə təhqir ehtiva etdiyi hesab edilən paylaşımlarla bağlı sabiq Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində araşdırma başladıb.
Demokrat.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, sosial media platformalarında yayılan və Türkiyə Prezidentinə təhqir ehtiva etdiyi qiymətləndirilən ifadələrin yer aldığı paylaşımlarla bağlı prokurorluq tərəfindən öz təşəbbüsü ilə araşdırma aparılıb.
"Ləğv edilmiş Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində aparılan araşdırmanın nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsində nəzərdə tutulan "Prezidentə təhqir" cinayəti ilə bağlı istintaq başladılıb", deyə açıqlamada qeyd olunub.
Prokurorluq araşdırmanın müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətlə davam etdirildiyini bildirib.
Açıqlamanın sonunda ictimaiyyətə hörmətlə müraciət edildiyi vurğulanıb.
Jalə Demokrat.az


