Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə şəhərin Nizami küçəsində baş verib. Hərəkətdə olan Changan "Unize" markalı minik maşını "Hundai" markalı avtomobillə toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Ofelya Hüseynova, 2021- ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.(bizim.media)
Demokrat.az


