Yay aylarında isti havadan qorunmaq üçün daha rahat və açıq ayaqqabılara üstünlük verilir. Barmaqarası tərliklər də bu dövrdə ən çox istifadə olunan modellərdəndir. Lakin onların ayaq sağlamlığına zərər verib-vermədiyi uzun müddətdir müzakirə olunur.
Mütəxəssislərin fikrincə, problemin əsas səbəbi barmaqarası tərliklərin özü deyil, qış aylarında qapalı ayaqqabılara öyrəşmiş ayağın yayda birdən-birə dəstəksiz ayaqqabıya keçməsidir.
İngiltərədə ayaq sağlamlığı üzrə mütəxəssisDr. Helen Branthwaitebarmaqarası tərliklərin ümumilikdə zərərli olduğunu söyləməyin doğru olmadığını bildirir. Onun sözlərinə görə, çox sıx və ayağı dəstəkləyən ayaqqabıdan birbaşa tərliklərə keçmək ayağın daha çox yüklənməsinə və zədələnmə riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislər yay aylarında ayağa daha çox dəstək verən tərlik və sandal modellərinə üstünlük verməyi məsləhət görürlər. Moda ekspertiAngela Baidooisə düz və nazik, yumşaq köpük materialdan hazırlanmış modellər əvəzinə ayağın altını və dabanını daha yaxşı dəstəkləyən ayaqqabıların seçilməsini tövsiyə edir.
Tərlik alarkən onun altlığının və hazırlandığı materialın keyfiyyətinə də diqqət yetirmək vacibdir. Mütəxəssislər bildirirlər ki, ayaqqabını asanlıqla ikiqat bükmək mümkündürsə, bu, onun ayağa kifayət qədər dəstək vermədiyinə işarə ola bilər.
Mütəxəssislər açıq ayaqqabı geyinən şəxslərə ayaqlarının vəziyyətini mütəmadi yoxlamağı da tövsiyə edirlər. Belə ayaqqabılarda ayaq dərisi daha tez quruyur. Bu vəziyyət xüsusilə dabanlarda dərinin sərtləşməsinə və dırnaqların kövrəkləşməsinə səbəb ola bilər.
Beləliklə, isti havalarda barmaqarası tərlik geyinmək tamamilə qadağan deyil. Lakin ayaq sağlamlığını qorumaq üçünayağa kifayət qədər dəstək verən və keyfiyyətli materialdan hazırlanan modellərə üstünlük verməkdaha məqsədəuyğundur.
Leyla Demokrat.az


