Kriminal

Qubada 2 nəfər həbs olundu

Qubada 2 nəfər həbs olundu

Qubada 2 nəfər həbs olunub.

Demokrat.az xəbər verir ki, onlardan biri narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Digər saxlanılan əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdur. Ondan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az

D
demokrat.az