Maraqlı Özəl

Ağlayan körpəsi ilə təyyarəyə mindi, bütün sərnişinlərə qulaqcıq payladı — VİDEO

Ağlayan körpəsi ilə təyyarəyə mindi, bütün sərnişinlərə qulaqcıq payladı — VİDEO

Çində baş verən maraqlı hadisə səyahət edənlərin diqqətini çəkib. Hubei əyalətindən Guangxi istiqamətinə uçan Chen Liuliang 8 aylıq körpəsi ilə təyyarəyə minib. Uçuş zamanı körpənin ağlama ehtimalını nəzərə alan ata xüsusi hazırlıq görüb.

O, uçuşdan əvvəl 100-dən çox qulaq tıxacı alaraq salona daxil olub. Ata digər sərnişinlərə yaxınlaşaraq həmin qulaqlıqları təklif edib. Chen təyyarənin qalxması və enməsi zamanı uşağın narahat ola biləcəyini bildirib. Sərnişinlərdən öncədən üzr istəyərək tıxacları paylayıb.

Bəzi sərnişinlər uşağın ağlamasının onlar üçün problem yaratmayacağını deyib. Həmin şəxslər tıxacı götürməkdən imtina ediblər. Səfər müddətində cəmi 30 cüt qulaq tıxacı paylanılıb. Qalan hissə isə təyyarə heyətinə təhvil verilib.

Bütün bu hazırlıqlara baxmayaraq 8 aylıq körpə yol boyu heç ağlamayıb. Səfər tamamilə sakit şəraitdə başa çatıb.

View this post on Instagram

A post shared by Demokrat.Az (@demokrat.az)

Demokrat.az

D
demokrat.az