Qaxda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundanOxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)
Demokrat.az


