Polisin ölümü ilə bağlı cinayət işi başlandı

KRİMİNAL 04 fev 2020, 11:15

Bakıda yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb.


“Report”un xəbərinə görə, hadisə fevralın 3-də, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan paytaxt sakini Firudin Ömərovun idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobili yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top