Deputatlığa namizəd Fəzail Ağamalı 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin Yolüstü, Yeni Uluxanlı, Düzənlik kəndlərininseçiciləri ilə görüş keçirdi.
Demokrat.azxəbər veri ki, görüş Fəzail Ağamalının ərazi bütövlüyümüz uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olan Milli Qəhrəman Nazim Babayevin anası Laçın Babayevanı ziyarəti iləbaşladı.
Daha sonra kənd sakinləri ilə görüşdə F.Ağamalı, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin,həyata keçirilməkdə olan və geniş miqyas daşıyan islahatlarının uğurlu nəticələri və ötən 4 ildə deputatlıq fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verdi.
Çıxış edən Fəzail Ağamalının vəkilləri və seçicilər cənab prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdilər və Fəzail Ağamalının üstün siyasi keyfiyyətləri ,onun peşəkarlığı və dövlətçiliyimizə göstərdiyi xidmətlər üzərində ətraflı dayandılar.
Seçicilər, birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha bəyan etdilər.


