Krım və Sevastopol ərazisində regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Demokrat.az xəbər verir ki, buna əsas səbəb regionda uzun müddətdir hökm sürən yanacaq çatışmazlığıdır.
Krım rəhbərliyi qərarın iqtisadi məsələlərin tənzimlənməsi üçün zəruri olduğunu bildirib. Respublika rəhbəri Sergey Aksyonovun sözlərinə görə, fövqəladə vəziyyətin hüquqi statusu əhalinin həyatını təmin edən bütün sektorların fəaliyyətini sürətlə sabitləşdirməyə imkan verəcək.
Regionda yanacaq təminatı ilə bağlı vəziyyət kritik həddə çatıb. Ukrayna dronlarının yanacaq infrastrukturuna endirdiyi silsilə zərbələr təchizat zəncirini kəsdiyi üçün təminat məsələsində ciddi çətinliklər yaşanır.
Demokrat.az


