Hadisə

İsmayıllıda ağır qəza: Ölən və xəsarət alanlar var

İsmayıllıda ağır qəza: Ölən və xəsarət alanlar var

İsmayıllıda iki minik avtomobili toqquşub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Uştal kənd ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomaşınla 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomaşında sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb. Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər- Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. (Report.az)

Demokrat.az

NE
Nihadə Eyyubova