Səhər yeməyi süfrələrinin vazkeçilməzi olan sucuk düzgün bişirildikdə daha yumşaq və daha ləzzətli olur. Sucuğun quru və sərt olmaması üçün istifadə olunan sadə bir üsul nəticəni xeyli dəyişdirir.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sucukları tavada bişirərkən tavaya az miqdarda su əlavə etmək onların daha yumşaq və ləzzətli olmasını təmin edir. Təxminən yarım çay stəkanı su, bişirmə prosesini balanslaşdırır və sucuğun qurumasının qarşısını alır.
İstədiyiniz miqdarda dilimlənmiş kolbasa sucuq tavaya düzülür. Üzərinə az miqdarda su əlavə edilir və yüksək odda qaynayana qədər gözlənilir. Daha sonra sucuqlar çevrilərək zəif odda bişirilməyə davam edilir.
Bişirmə zamanı su tədricən çəkilərək yağa çevrilir. Bu mərhələdən sonra istəyə görə az miqdarda yağ əlavə edilə bilər. Nəticədə sucuqlar daha yumşaq, sulu və aromatik olur.
Bu sadə üsul səhər yeməklərində sucuğun dadını maksimum səviyyəyə çıxarmaq üçün ən çox istifadə edilən praktik tövsiyələrdən biri hesab olunur.
Jalə Demokrat.az


