ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaları rəsmən imzalayıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Demokrat.az bildirir ki, Ağ Ev rəhbəri bəyanatı Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
Donald Tramp bütün razılaşmaların imzalandığını böyük məmnuniyyətlə diqqətə çatdırıb. Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı artıq qismən açılıb və gəmilərin hərəkəti faktiki olaraq bərpa edilib. ABŞ Prezidenti yaxın cümə günü, yəni iyunun 19-da boğazın tam açıq olacağını vurğulayıb.
Qeyd edək ki, Hörmüz boğazının bağlanması regionda və dünya bazarında ciddi hərbi-siyasi gərginliyə səbəb olmuşdu. İmzalanan yeni sənədlər hər iki ölkə arasında hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutur.
Demokrat.az


