Kriminal

Bakıda hoteldə ölüm hadisəsi

Bakıda hoteldə ölüm hadisəsi

Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova