Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.
Demokrat.az xəbər verir ki, bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq.
Bundan başqa, forumun ikinci günündə rəsmi açılış mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək.
Xatırladaq ki, mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.
*** 08:42
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir.
Demokrat.az xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək.
Bundan başqa, Assambleyaların birgə yekun iclası, "Urban Expo Sərgisinin" rəsmi açılışı, həmçinjn Afrika regionu üzrə Nazirlərin Regional Görüşü baş tutacaq.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.
Forum çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunur.
Xatırladaq ki, forumun ilk günüdə Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş, Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.
Forum çərçivəsində keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansı (GWOPA) yer alıb.
Demokrat.az


