Kriminal Özəl

İçib gələn ərini evə buraxmadı deyə döyüldü

İçib gələn ərini evə buraxmadı deyə döyüldü

Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 12-də rayonun Tofiq Abbasov küçəsində olan binalardan birinin mənzilində baş verib.

Şəmkir rayon sakini, 2000-ci il təvəllüdlü Ziya həmin gün gecə saat 01:55-də birgə yaşadıqları mənzildə arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Ziya qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə gəlib və gecəyarısı evə gəlib. Bu zaman ər qapını döysə də, onun üzünə arvadı qapını açmayıb. Bu zaman Ziya sərxoş vəziyyətdə daha da özündən çıxıb və qapını möhkəm döyüb. Sonda qapını açan qadın ərinin şiddəti ilə üzəlib.

Ziya yaşadıqları mənzilin qapısını açmaması səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əli ilə onun sağ qolundan tutaraq dişləyib, yumruq ilə sol çiyin nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Ziyanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını qeyd edib.

Zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O, ərini bağışladığını, ona qarşı şikayəti olmadığını deyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova