Hadisə

Azərbaycanda 61 yaşlı ofisiant iş yerində vəfat etdi

Azərbaycanda 61 yaşlı ofisiant iş yerində vəfat etdi

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova