Türkiyə texnologiya sahəsində yeni bir mərhələyə qədəm qoyur. Canlı orqanizmlərlə ağıllı dövrələrin inteqrasiyası nəticəsində yaradılan "Biohibrid Robot" layihəsi ölkənin kəşfiyyat və xilasetmə imkanlarını kökündən dəyişəcək.
Demokrat.az xəbər verir ki, TÜBİTAK-ın SAVTAG qrupu tərəfindən "Biohibrid Robot (B-9) Hazırlanması" üçün rəsmi müraciət prosesi başladılıb.
Layihənin məqsədi və funksiyaları
B-9 layihəsi çərçivəsində canlı orqanizmlər və mikroelektron komponentlərin vəhdətindən ibarət modulyar robotik platforma hazırlanacaq. Bu robotlar:
* Uzaqdan idarə oluna biləcək; * Ətraf mühitdən məlumat toplayaraq Yerüstü İdarəetmə Mərkəzinə ötürəcək; * Çətin keçilən ərazilərdə tapşırıqları icra edəcək. * Fəlakət zonalarında və taktik əməliyyatlarda istifadə ediləcək
Yerli və milli imkanlarla hazırlanan bu robotlar klassik texnoloji həlləri üstələyəcək. Yeni nəsil kəşfiyyat infrastrukturu sayəsində robotlar fəlakət bölgələrində axtarış-xilasetmə, ətraf mühit və kənd təsərrüfatı müşahidələri, eləcə də aşağı görünmə qabiliyyəti tələb edən xüsusi taktik əməliyyatlarda istifadə olunacaq.
Müraciət şərtləri
Maksimum 36 ay davam edəcək layihə üçün müraciətlər iyunun 24-dək qəbul ediləcək. "Xidməti istifadə üçün" məxfi dərəcəsi ilə icra olunacaq layihədə iştirak edəcək qurumlardan və şirkət personalından xüsusi təhlükəsizlik sertifikatları tələb olunur.
Jalə Demokrat.az


