Region

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Kahramanmaraşda orta məktəbə silahlı hücumu həyata keçirənİsa Aras Mersinlininanası "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.

Demokrat.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Daha əvvəl hadisədən sonra verdiyi ifadələrlə diqqət çəkən Aras Mersinlinin atası Uğur Mersinlinin aprelin 16-da həbs olunduğu açıqlanmışdı. “Bu gün (21 aprel) liseydə ədəbiyyat müəllimi olan ana Peyman Pınar Mersinli də "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs edilib”, - Təhlükəsizlik Baş İdarəsinin məlumatında qeyd olunub. Qeyd edək ki, Aprelin 15 aprel 2026-cı ildə Kahramanmaraşda Ayser Çalık orta məktəbində oxuyan 8-ci sinif şagirdinin silahlı hücumu nəticəsində 9 şagird həlak olub, 13 nəfər yaralanıb.(bizim.media)

Demokrat.az

NE
Nihadə Eyyubova