Maraqlı

Keks süd, yoxsa qatıqla daha dadlı alınır?

Keks süd, yoxsa qatıqla daha dadlı alınır?

Keks hazırlayarkən süd və ya qatıq seçimi nəticəyə birbaşa təsir edir. Süd xəmirə yüngüllük və qabarıqlıq qataraq pambıq kimi yumşaq toxuma yaradır. Tərkibindəki protein və şəkər sayəsində keks bişərkən gözəl qızılı rəng alır.

Südlü kekslər daha klassik və sadə dadı ilə seçilir, lakin onlar digər növlərə nisbətən daha tez quruyur. Bu səbəbdən südlü reseptlər dərhal süfrəyə veriləcək təamlar üçün daha əlverişlidir.

Qatıq isə xəmirə fərqli bir xarakter və dolğunluq bəxş edir. Qatığın asidli tərkibi qabartma tozu ilə sürətli reaksiyaya girərək keksin daha həcmli olmasını təmin edir. Belə kekslər nəmini uzun müddət qoruyur və bir neçə gün keçsə də, təravətini itirmir. Xüsusilə meyvəli və şokoladlı reseptlərdə qatığın verdiyi yüngül turşməzə dad ləzzəti daha da zənginləşdirir.

Seçim tamamilə əldə etmək istədiyiniz nəticədən asılıdır. Əgər məqsəd süngərvari və yüngül bir keks hazırlamaqdırsa, süd ən yaxşı seçimdir. Daha sıx, nəmli və doyurucu bir nəticə üçün isə qatıqdan istifadə etmək məsləhətdir. Bəzi hallarda hər iki inqrediyenti qarışdıraraq həm yumşaqlığı, həm də uzunmüddətli təravəti eyni anda əldə etmək mümkündür.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova