Kriminal Özəl

Toyda taxılan qızıllara görə 4 nəfəri öldürdü — YENİLƏNİB

Toyda taxılan qızıllara görə 4 nəfəri öldürdü — YENİLƏNİB

İlkin araşdırmalar zamanı hadisənin səbəbi üzə çıxıb.

Belə ki, tərəflər arasında mübahisə iki il əvvəlki toyda taxılan qızıllara görə yaranıb. Coşqunun həyat yoldaşından və onun ailəsindən həmin zinət əşyalarını geri tələb etdiyi, rədd cavabı aldıqdan sonra isə bu qətliamı törətdiyi bildirilir. Faktla bağlı istintaq davam edir.

Toyda taxılan qızıllara görə 4 nəfəri öldürdü — YENİLƏNİB

--------

11:50

Manisanın Turqutlu rayonunda səhər saatlarında baş verən dəhşətli hadisə bütün Türkiyəni sarsıdıb. Boşanma ərəfəsində olan Ömer Coşkun adlı şəxs həyat yoldaşını və onun ailə üzvlərini qətlə yetirib.

Demokrat.az haberler-ə istinadla bildirir ki, 28 yaşlı kişi 20 yaşlı xanımı Sare Coşkunla yanaşı, qayınatası Musa G., qayınanası Fadime G. və cəmi 13 yaşı olan qaynını başlarından vuraraq öldürüb.

Hadisə martın 31-i saat 04:00 dələrində Kabaçınar məhəlləsində qeydə alınıb. Silah səslərini eşidən qonşuların məlumatı əsasında əraziyə gələn jandarma qrupları evdəki 4 nəfərin də həyatını itirdiyini müəyyən edib. Hadisədən sonra qaçmağa çalışan Ömer Coşkun təhlükəsizlik qüvvələrinin keçirdiyi operativ əməliyyat nəticəsində qısa müddətdə yaxalanaraq nəzarətxanaya aparılıb.

Faktla bağlı Turqutlu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb. İstintaq zamanı məlum olub ki, qatil barəsində daha əvvəl məhkəmədə təhqir maddəsi ilə cinayət işi açılıb.

Həmçinin öldürülən qadının müraciəti əsasında yanvarın 14-dən fevralın 14-nə qədər bir aylıq mühafizə qərarı tətbiq edildiyi üzə çıxıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova