Dünya

Kallas: "Aİ Ermənistana seçkiyə müdaxilə hallarına qarşı kömək edəcək"

Kallas: Aİ Ermənistana seçkiyə müdaxilə hallarına qarşı kömək edəcək

Avropa İttifaqı Ermənistanın müraciəti əsasında qarşıdan gələn parlament seçkisi zamanı kibermüdaxilələrə qarşı mübarizəyə dəstək vermək üçün ölkəyə xüsusi qrup göndərəcək.

Demokrat.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Aİ Ermənistana seçki ərəfəsində yaranan təhdidlərə qarşı mübarizə üçün hibrid sürətli reaksiya qrupu göndərəcək və demokratik dayanıqlılığın qorunmasına dəstək verəcək.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi 7 iyun 2026-cı ildə keçiriləcək.

Demokrat.az

NE
Nihadə Eyyubova