Siyasət Özəl

ABŞ-nin İranı vurmasının əsl səbəbi üzə çıxdı — Məqsəd Xameneini öldürmək deyilmiş...

ABŞ-nin İranı vurmasının əsl səbəbi üzə çıxdı — Məqsəd Xameneini öldürmək deyilmiş...

Son illər qlobal enerji bazarında baş verən proseslər bir daha göstərir ki, neft təkcə iqtisadi resurs deyil, həm də ciddi geosiyasi alətdir. İran neftinin böyük hissəsinin Çinə yönəlməsi isə bu balansı daha da həssas edir. Statistik göstəricilərə görə, İranın ixrac etdiyi xam neftin təxminən 90 faizə qədəri Çin bazarına gedib və bu da Pekini Tehranın əsas enerji tərəfdaşına çevirib. Bu fonda ABŞ-ın İrana qarşı sanksiya siyasətini sərtləşdirməsi diqqət çəkir. Vaşinqton uzun illərdir ki, rəsmi Tehranın enerji sektorunu iqtisadi təzyiq vasitəsi kimi hədəfə alır. Lakin hazırkı mərhələdə bu addımların təkcə İranla deyil, dolayısı ilə Çinlə də bağlı olduğu barədə müzakirələr güclənir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib Demokrat.az-a açıqlamasında deyib ki,Amerika Birləşmiş Ştatlarının İranla birbaşa qarşıdurma mərhələsinə keçməsi, bundan əvvəl Venesuela nümunəsində müşahidə olunan proseslərlə müəyyən paralellər yaradır:

“Necə ki, vaxtilə Venesuela neftinin 80 faizdən çoxunun əsas alıcısı Çin idi, İran nefti məsələsində bu göstərici daha da yüksəkdir. Hazırda İranın ixrac etdiyi xam neftin təxminən 90 faizə yaxını məhz Çin tərəfindən idxal olunur. Üstəlik, Çin bir çox hallarda bu nefti dünya birjalarında formalaşan gündəlik qiymətlərdən təxminən 30 faizə qədər aşağı qiymətlə əldə edirdi. Bu da Pekin üçün ciddi iqtisadi üstünlük yaradırdı. İran gündəlik təxminən 1,5 milyon barel xam neft ixrac edir və bunun əsas hissəsi Çin bazarına yönəlir. Əgər mümkün hərbi-siyasi proseslər nəticəsində İran nefti bazardan çıxar və ya Çinin ona çıxışı məhdudlaşarsa, bu, Çinin daha bahalı alternativ mənbələrə yönəlməsinə səbəb olacaq. Nəticədə Çin üçün enerji xərclərinin artması və əlavə maliyyə yükünün formalaşması qaçılmaz ola bilər”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova