İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib.
Demokrat.az bu barədə “Fars” agentliyi məlumat yayıb.
*** 13:14
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dhabidə partlayış səsləri eşidilib.
Demokrat.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, partlayış səsləri şəhərin bir neçə hissəsində eşidilib.
BƏƏ ordusu Əbu Dabi səmasında İran raketlərini vurduğunu bildirib.
Eyni zamanda, Küveytdə də partlayış səsləri eşidilib, həyəcan siqnalları işə düşüb.


