Hadisə

Gəncədə avtomobil ağaca çırpıldı — Xəsarət alan var (FOTOLAR)

Gəncədə avtomobil ağaca çırpıldı — Xəsarət alan var (FOTOLAR)

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Qafqazinfo"ya istinadən bildirir ki,Ozan küçəsində qeydə alınan qəza zamanı “Mercedes” markalı maşınla “Lada Priora” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Lada” markalı maşın ağaca çırpılıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Gəncədə avtomobil ağaca çırpıldı — Xəsarət alan var (FOTOLAR)
Gəncədə avtomobil ağaca çırpıldı — Xəsarət alan var (FOTOLAR)

NE
Nihadə Eyyubova