Bakının Sabunçu rayonunda 50 yaşlı kişi bacısı qızının həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 2-də baş verib. 1976-cı il təvəllüdlü Akif həmin gün gecə saat 1 radələrində bacısının evinin qarşısında, bacısı qızı Nərminənin həyat yoldaşı Zahid (adlar şərtidir – red.) mübahisə edib.
Onların arasında mübahisənin baş verməsinə səbəb isə Zahidin onunla kobud danışması səbəbindən baş verib. Aralarında yaranmış mübahisə zamanı Akif yumruqla iki dəfə Zahidin ağız nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Milli.Az


