İkt

Ödənişsiz “ChatGPT” istifadəçilərinin diqqətinə

Ödənişsiz “ChatGPT” istifadəçilərinin diqqətinə

"OpenAI" şirkəti "ChatGPT" platformasında reklamların testinə start verib.

Axşam.az xəbər verir ki, ilkin mərhələdə sınaq qrupları ABŞ-dəxidmətin pulsuz versiyasından istifadə edən istifadəçilər arasından formalaşdırılacaq.

Şirkətin məlumatına görə, ödənişli abunəliklərdə — "Plus", "Pro", "Business", "Enterprise" və "Edu" paketlərindəreklamların tətbiqi nəzərdə tutulmur. Reklam blokları aydın şəkildə işarələnəcək və neyroşəbəkənin verdiyi cavablardan ayrı yerləşdiriləcək. Bildirilir ki, reklamların göstərilməsi generasiya olunan cavabların məzmununa təsir etməyəcək.

Standart olaraq reklamlar fərdiləşdirilmiş formada təqdim olunacaq. Bununla belə, istifadəçilər istənilən vaxt reklamların tənzimlənməsi üçün istifadə olunan məlumatları silə biləcəklər. "ChatGPT" ilə aparılan dialoqlar reklamverənlərə ötürülməyəcək.

NE
Nihadə Eyyubova