Sosial

“Azneft”ə baş direktor təyin edildi

“Azneft”ə baş direktor təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin olunub.

Demokrat.az-ın xəbərinə görə, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib.

Qeyd edək ki, bu il dekabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Demokrat.az

D
demokrat.az