Bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlandı

GÜNDƏM 23 dek 2019, 15:22

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.


Demokrat.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 26,88 faiz olub. O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 336 733 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top