Xarici siyasət Özəl

Ankarada növbəti kritik təmas — Müharibənin taleyi dəyişəcək?

Ankarada növbəti kritik təmas — Müharibənin taleyi dəyişəcək?

“Türkiyənin Rusiya-Ukrayna savaşına münasibəti bəllidir. Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edən ölkələrdən biridir. Bu savaş müddətində də Türkiyə Ukrayna ilə əlaqələrini kifayət qədər genişləndirib. Həm Ukrayna, həm də Rusiya ilə normal münasibəti olan bəlkə də yeganə ölkə Türkiyədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Ankarada növbəti kritik təmas — Müharibənin taleyi dəyişəcək?

O bildirib ki, Zelenskinin Türkiyəyə bu səfəri həssas dövrə təsadüf edir:

“Belə ki, Ukraynadakı müharibə özünün 4-cü ilini tamamlamaqla növbəti mərhələyə qədəm qoyur. Savaş artıq raket və dronlarla davam etdirilir, daha qanlı bir mərhələyə keçib.

İddialar bundan ibarətdir ki, ABŞ və Rusiya arasında savaşın bitirilməsi ilə bağlı müzakirələr davam edir. Zelenski-Ərdoğan görüşündə həm ikitərəfli münasibətlər, xüsusən hərbi sahədə əməkdaşlıq, o cümlədən, savaşın gedişi və onun durdurulması ilə bağlı müzakirələr aparılacaq.

Bu, önəmli görüş hesab edilsə də, düşünmürəm ki, savaşı dayandırmaq üçün yetərlidir. Sadəcə savaşın bitməsi üçün mövqelərin müəyyənləşdirilməsi baxımından bu görüş vacib görüşlərdən biridir. Türkiyə bu məsələlərdə həm də ABŞ ilə koordinasiyalı fəaliyyət həyata keçirir. Müharibə həm də Türkiyənin dəniz sərhədləri yaxınlığında olduğu üçün Türkiyənin bu savaşın bitməsində maraqları var”.

Cavidan Mirzəzadə Demokrat.az

D
demokrat.az