Sosial Özəl

"TikTok"da qeyri-etik hərəkətlər edənlər cəzalandırılmalıdır — Deputatdan ÇAĞIRIŞ

TikTokda qeyri-etik hərəkətlər edənlər cəzalandırılmalıdır — Deputatdan ÇAĞIRIŞ

"TikTok"da yayımlanan bir sıra materiallar bizim milli-mənəvi dəyərlərimizə ziddir, uşaq və gənclərin mənəviyyatına çox ciddi ziyan vurur. Bəzi insanlar xoşagəlməz çıxışları ilə, qeyri əxlaqi davranışları ilə "TikTok"da özlərini nümayiş etdirirlər, insanlığa sığmayan sözlər danışırlar, hərəkətlər edirlər. Bu, cəmiyyət üçün çox ziyanlıdır. Uşaqlar, gənclər də bunlara baxır, neqativ yollara əl atırlar".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, "TikTok"un tam bağlanmasının tərəfdarı deyil:

"Mən heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Ancaq bu sosial şəbəkələr insanların mənəviyyatı ilə alver etməməlidir. Kimin kimdən xoşu gəlmirsə, çıxıb sosial şəbəkədən ona qeyri-etik ifadələr deyir. Bu, bizim qanunlarımıza da ziddir.

Şəxsiyyətin və ailə həyatının toxunulmazlığı var. "TikTok"u bağlamaq yox, sadəcə ona müəyyən məhdudiyyətlət qoyulmalıdır. Belə qeyri-etik çıxışlar edənlər cəzalandırılmalıdır".

Cavidan Mirzəzadə Demokrat.az

D
demokrat.az