Xarici siyasət

Ceyhun Bayramov Omanın Kral Ofisi Naziri ilə görüşdü — FOTOLAR

Ceyhun Bayramov Omanın Kral Ofisi Naziri ilə görüşdü — FOTOLAR

Ceyhun Bayramov Omanın Kral Ofisi Naziri General Sultan bin Məhəmməd Əl Nomani ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN X-də paylaşım edib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Oman əlaqələrinin dərinləşdirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.

Həmçinin dialoqun və yüksək səviyyəli təmasların genişləndirilməsinin, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Cari regional vəziyyət də müzakirə mövzusu olub.

D
demokrat.az