Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun övladlarının ABŞ-da mənzillər aldıqları məlum olub.
Demokrat.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşirli Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmməyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb: "Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC əmlak şirkəti tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.
Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".


