Hadisə

Bakıda qənd sexində döşəmə çöküb — Ölən var

Bakıda qənd sexində döşəmə çöküb — Ölən var

Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova