İsrailin husilərin mövqelərinə endirdiyi hava zərbələri nəticəsində Yəməndə ölənlərin sayı 10-a yüksəlib.
Bu barədə husilərin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sana şəhərindəki “Xaziz” elektrik stansiyası və yanacaq doldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər isə yaralanıb.
Yaralılardan 21-nin vəziyyəti ağırdır.(APA)


