"Xəzər TV"nin efirində gərgin anlar — VİDEO

ŞOU-BİZNES 08 dekabr 2019, 17:22

Əməkdar artist Mətanət İsgəndərli "5/5” verilişinə bacısı Sədaqətlə birlikdə qonaq olub.

 

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bacısının da oxumağa başladığını bildirib.

 

Veriliş zamanı Sədaqətin keçmiş əri aparıcı Zaur Kamala zəng edib. O, Sədaqətin efirə çıxmasına əsəbiləşib. 

 

Gərgin anların yaşandığı proqramda Mətanət özündən çıxıb və aparıcını tənqid edib.

 

"Canlı yayım təhlükəlidir. Burada qan tökülə bilər. Niyə efirə belə adamları calayırsız? Bura məhkəmədir? Başqa mövzu danışın” deyə, İsgəndərli söyləyib.

 

Sədaqət isə "Bu da mənim günahımdır. Biz çoxdan ayrılmışıq” sözlərini əlavə edib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top