"Sədərək"də avtobusla avtomobil toqquşdu — xəsarət alanlar var (FOTOLAR)

HADİSƏ 08 dekabr 2019, 16:13

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

 

Demokrat.az APA-ya istinadla xəbər verir ki, Xırdalan-"Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, "01 BS 245” dövlət nömrə nişanlı avtobusla "90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top