Səfir: "Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

SİYASƏT 06 dek 2019, 10:33

"Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

 

"Report" xəbər verir ki, bunu Qətərin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

 

O bildirib ki, ölkəsi beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.

 

Qeyd edək ki, görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top