“Namizədliyimlə bağlı tələsik fikir söyləməyə ehtiyac yoxdur” — Kəmaləddin Heydərovun atası

GÜNDƏM 01 dekabr 2019, 15:41

Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.


Demokrat.az etikxeber.az-a istinadən bildirir ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən  “hələlik yorulmamışıq” deyib. 


Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: 


“Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.


Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası olan Fəttah Heydərov 1995-ci ildən bu yana 5 çağırışdır MM-də təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top