Sosial

"Yoldaşımı xəstəxanaya aparmışdım" — Misir Mərdanovdan təkzib

Yoldaşımı xəstəxanaya aparmışdım — Misir Mərdanovdan təkzib

Sabiq təhsil naziri Misir Mərdanov səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərlə aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə Lent.az-a danışan M.Mərdanov bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Yoldaşımı analiz verməsi üçün xəstəxanaya aparmışdım. Yəqin ki, kimsə məni orada görüb və özündən belə bir dezinformasiya yayıb.

İndi evdə işimin başındayam. Yoldaşım da, özüm də yaxşıyam. Yalan məlumatlara inanmayın”,- deyə sabiq nazir vurğulayıb.

NE
Nihadə Eyyubova