Maraqlı

Kolanın bilmədiyiniz 5 faydası

Kolanın bilmədiyiniz 5 faydası

Hər kəs kolanı zərərli içki kimi tanıyır, amma bu içkinin bir sıra faydaları da var.

Ölkə.Az "sabah" qəzetinə istinadla xəbər verir ki, bu faydaları kolanı içən zaman deyil, məişətdə istifadə edərkən görə bilərsiniz.

1. Çiçəklərə qulluq Dibçək qabındakı bitkilərin dibinə kola töksəniz, tərkibindəki köpüklər torpağa hava verərək köklərin daha dərinə enəcək və güclü olacaq.

2. Eynək təmizləmək Eynəklərinizi kola isladılmış dəsmal ilə sildikdən sonra yuyun və qurudun.

3. Meduza dişləmələri zamanı işlədin Məlumata görə, meduza bədəninizi dişləyibsə, həmin yerə kola töksəniz ağrını azaldacaq. Bu üsuldan böcək dişləmələri zamanı da istifadə edə bilərsiniz.

4. Saçınızdakı saqqızı ayırın Saça saqqız yapışarsa, bunu ayırmaq o qədər də asan olmur. Amma saqqız yapışan yerə kola töksəniz, tərkibindəki turşu sayəsində asanlıqla ayrılacaq.

5. Kafelləri təmizləyin Hamam-tualetinizi nə qədər təmiz saxlasanız da, zamanla plitələr arasındakı boşluqlar qaralır. Kola da bu problemin həlli ola bilər. Təmiz bir diş fırçasını kolaya batıraraq kafellər arasındakı boşluqları təmizləyə bilərsiniz.

Qeyd edək ki, qazlı və şəkərli içkilər insan sağlamlığı üçün ən zərərli 20 məhsuldan biri hesab edilir.

NE
Nihadə Eyyubova