Hadisə

“Norm Sement”də bədbəxt hadisə — Qadının barmaqları amputasiya olundu

“Norm Sement”də bədbəxt hadisə — Qadının barmaqları amputasiya olundu

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az