Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus dayanacaqda gözləyən başqa bir metrobusla toqquşub.
Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, toqquşma nəticəsində meydana gələn qəzada 2-si uşaq olmaqla 21 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis çağırılıb.
Qəza səbəbindən xidmətlər dayandırılıb, metrobuslarda uzun növbələr və sərnişin sıxlığı yaranıb.


