Sosial media

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

“TikTok” sosial şəbəkəsi artıq ABŞ ərazisində əlçatan deyil.

Demokrat.az xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.

Hazırda ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.

D
demokrat.az