Gündəm

"Dünən deyirdi ki, sağalım, meyxana deyəcəyəm"

Dünən deyirdi ki, sağalım, meyxana deyəcəyəm

Meyxanaçı Ağamirzə Məmmədovötən gün vəfat edən həmkarıXəyyam Əhmədlinin ölümündən bir neçə saatəvvəl onun yanındaolub.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Gün ortası" verilişində danışıb. O, ziyarət zamanıxeyli zarafatlaşdıqlarını bildirib:

"Dünən günorta Xəyyamın yanında idim. 10-15 ilin xatirələrindən danışıb, xeyli zarafatlaşdıq, dedik-güldük. Hətta təklif etdimki, meyxana deyək. Cavab verdi ki, "İnşallah, sağalım, meyxana deyəcəyəm". Hamımız şokdayıq. Gecəni yata bilmədim.Əsas deyirdi ki, ayağımda yara var. Neçə ildir ona əziyyət verirmiş. Nə bilim, həyatdır. Allah sevdiklərinə səbr versin".

Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib. Mərhum bu günƏhmədli kənd qəbiristanlığında dəfn edilib.

NE
Nihadə Eyyubova