Şamaxıda futbol çempionatı keçirildi — Oyunu rəsmilər də izlədi (FOTOLAR)

İDMAN 27 okt 2019, 23:52

AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində bu gün Şamaxı Olimpiya İdman Kompleksinin meydanında "Şamaxı” və "İmişli” komandaları qarşılaşıb.

 

Demokrat.az xəbər verir ki, təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.


Qarşılaşma 1:0 hesabı ilə "Şamaxı” komandasının xeyrinə yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top