Siyasət Özəl

İçərişəhərə avtomobillərin girişində istisna hallar nəzərə alınmalıdır — Millət vəkili

İçərişəhərə avtomobillərin girişində istisna hallar nəzərə alınmalıdır — Millət vəkili

“Bu gün qarşımızda duran əsas vəzifələrdən biri tarixi abidələrimizin qorunmasıdır. İçərişəhərə avtomobillərin girişinə məhdudiyyət qoyulması məsələsi uzun müddət müzakirə olunub. Avtomobillərin çox olması İçərişəhərdə sıxlıq yaradırdı, insanların hərəkətinə mane olurdu. Yük avtomobillərinin İçərişəhərdə hərəkəti tarixi binaların zədələnməsinə səbəb olurdu. Hesab edirəm ki, İçərişəhərə avtomobillərin girişinə məhdudiyyət qoyulması qərarı çox önəmlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. C.Məmmədov istisna halların nəzərə alınmalı olduğunu da bildirib:

“Yəqin ki, bəzi istisnalar olacaq. Fövqəladə hallarda, təhsil müəssisələrində baş verən hadisələr, təcili yardım zamanı istisna hallar yəqin ki nəzərə alınacaq. Bu prosesdə əsas məqsəd avtomobilsiz həyatı təşviq etməkdir. Avtomobil sıxlığı şəhərdə hərəkəti dözülməz vəziyyətə gətirib çıxarıb. Bir müddətdən sonra bu çox ciddi problemlə çevriləcək. Düşünürəm ki, görülən işlər nəticəsində insanlar piyada gəzməyə, ictimai nəqliyyatdan, mikromobillik vasitələrindən daha çox istifadə etməyə başlayacaqlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova