Xaricdəki jurnalistlər Əfqan Muxtarlının azadlığa çıxması üçün MÜRACİƏT ETDİLƏR

GÜNDƏM 17 oktyabr 2019, 11:00

Səhhətində ciddi problemlər olan jurnalist Əfqan Muxtarlının müstəqillik günü ərəfəsində azadlığa buraxılması üçün Press Klubun təsisçiləri oktyabrın 15-də ölkə rəhbərliyinə müraciət etmiş və ictimaiyyəti, həmkarlarını bu müraciətə qoşulmağa cağırmışdılar. Bundan sonra bir qrup QHT təmsilçisi, hüquqşünaslar da eyni addımı atmışdılar. 


Son günlər xaricdə yaşayan və Almaniya, İsveç, Norveç, Rusiya, Türkiyə, Fransa, ABŞ, Kanada, Niderland mediasında, o cümlədən bu ölkələrin nüfuzlu KİV-lərində çalışan onlarla azərbaycanlı jurnalist həmkarlarının müraciətinə dəstək verib. 


Onların arasında Cəsur Məmmədov, Anar Orucov, Malik Bayramov, Çingiz Sultansoy, Möhsün Hacıyev, Nəzakət Zeynallı, Ziyəddin Aslan (Almaniya), Güllü Cahangirova, Rahim Sadıqbəyli, Vahiq Qazi (İsveç), İdrak Abbasov (Norveç) Ehtiram Əsgərli, Ülvi İsmayıl (ABŞ), Nazim Rəhimov (Kanada), Orxan Əliyev (Fransa), Fikrət Hüseynli (Niderland) və başqaları var.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top