Dünya Özəl

Fransa Ukraynaya kəndin adının Şampan qoyulmasını qadağan etdi

Fransa Ukraynaya kəndin adının Şampan qoyulmasını qadağan etdi

Fransa Ukraynaya Odessa yaxınlığındakı Nadejdovka qəsəbəsinin adını dəyişdirilərək Şampan adlandırılmasını qadağan edib.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirliyinin Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuka ünvanlandığı məktubuna bildirilib.

Odessa vilayətindəki Nadejdovkanın adının Fransadakı tarixi üzümçülük rayonuna bənzətməklə dəyişdirilməsi planlaşdırılırdı. Məqsəd burda "Şampan" şərabını istehsal etmək olub. Lakin Fransa tərəfi razılığı olmadan bu adda içkilərin istehsalına icazə verməyib.

Avqust ayında Odessa Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Kiper şəhərin küçələrinin adının dəyişdirilməsi qərarını dəstəkləməyən Odessa meri Gennadi Truxanovun tənqid edib, ona Moskvaya və ya Ufaya getməyi məsləhət görüb.

Ukraynada rus və sovet tarixi ilə bağlı abidələrin sökülməsinə, eləcə də küçələrin adlarının dəyişdirilməsinə 2015-ci ildə başlanılıb. Respublikada fəal surətdə İmperator II Yekaterinaya, komandir Aleksandr Suvorovun, şair Aleksandr Puşkinin və s.-in adına olan küçə və yer adları dəyişdirilib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova